...

Rusiya Müftilər Şurasının sədri Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin tərəfdarıdır

Siyasət Materials 11 Sentyabr 2006 13:23 (UTC +04:00)
Rusiya Müftilər Şurasının sədri Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin tərəfdarıdır

Mən həmişə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin və ölkənin tam müstəqilliyinin tərəfdarıyam. Bu barədə Trend in Moskvadakı xüsusi müxbirinə Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bəyan edib.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə təkcə görkəmli ilahiyyatçı alim deyil, həm də böyük diplomatdır. "O, QMİ sədri kimi erməni kilsəsinin başçısı - bütün ermənilərin katalikosu ilə diplomatik əlaqələr qurur. Düşünürəm ki, şeyxülislamın sədrliyi ilə QMİ bundan sonra da bu münaqişəni həll edəcək yolla gedəcək.

QMİ-nin əlaqələrindən söz açan R.Qaynutdin bildirib ki, "müsəlmanların həqiqi dini rəhbəri olan və mənəvi yüksəliş, dinimizin mənəvi-əxlaqi dəyərlərinin Qafqaz ərazisində yayılması üçün var qüvvəsi ilə çalışan" qurumun sədri Allahşükür Paşazadəyə dərin hörməti var.

"Rusiya müsəlmanları da onu MDB-nin Dinlərarası Şurasının sədri kimi dinlər arasında dialoqun inkişafının həqiqi tərəfdarı hesab edir. Mən MDB Dinlərarası Şurasının rəyasət heyətinin üzvüyəm və şeyxülislamla birgə işləyərək, digər dinlərin nümayəndələrinin ona necə münasibət bəslədiyini görürəm. Çünki onlar A.Paşazadəni həqiqi sülhsevər, yaxşı ideyaların tərəfdarı, dinlər və xalqlar arasında sülhün qorunması zəruriliyi ilə bağlı ideyaların yayıcısı, o cümlədən əsl vətənpərvər kimi tanıyır", - deyə R.Qaynutdin bildirib.

Xəbər lenti

Xəbər lenti