...

BAXCP Arzu Abdullayeva və başqalarının Ermənistana səfərlərini pisləir

Siyasət Materials 11 Sentyabr 2006 16:52 (UTC +04:00)

Müxalifətyönlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda qərarların icrası, ictimai-siyasəti vəziyyət müzakirə olunub.

Müzakirəyə çıxarılan ilk məsələ qəhrəman türk əsgərlərinin - Qafqaz İslam Ordusunun Azərbaycanın əksər bölgələrini, o cümlədən Bakını erməni-rus işğalçılarından təmizləyərək, xalqımızı soyqırımdan xilas etməsinin 88-ci ildönümü ilə bağlı olub. İdarə Heyətinin toplantısında qeyd olunub ki, "1918-ci il sentyabrın 15-də qəhrəman türk əsgərləri Bakını erməni-rus əsarətindən, xalqımızı soyqırımdan xilas edərək çağdaş Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin dayaqlarını möhkəmləndirdi. Bu gün Azərbaycan xalqının, o cümlədən bütün dünya türklərinin tarixinə qəhrəmanlıq və qardaşlıq səlnaməsi kimi yazılmalıdır. 88 il öncə qanla və şərəflə yazılmış bu qəhrəmanlıq səlnaməsini bir kimsənin unutmağa mənəvi haqqı yoxdur".

İdarə Heyətinin müzakirəsinə çıxarılan ikinci məsələ isə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin (HVA MK) həmsədri Arzu Abdullayeva və bir qrup Azərbaycan vətəndaşının Ermənistana səfəri ilə bağlı olub. BAXCP İdarə Heyəti Azərbaycanın dövlət siyasətinə zərbə vuran və erməni təbliğat maşınının istinad predmetinə çevrilən uğursuz "xalq diplomatiyası" təmsilçilərinin hərəkətlərini kəskin şəkildə pisləyən bəyanatla çıxış edib.

Xəbər lenti

Xəbər lenti