...

Ziyafət Əsgərov: NATO PA-nın payız sessiyasında işğal olunmuş ərazilərdəki yanğınlarla bağlı məsələ qaldıracağıq

Siyasət Materials 11 Sentyabr 2006 18:38 (UTC +04:00)
Ziyafət Əsgərov: NATO PA-nın payız sessiyasında işğal olunmuş ərazilərdəki yanğınlarla bağlı məsələ qaldıracağıq

Rəsmi Bakı NATO-nun diqqətini Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlara cəlb etmək niyyətindədir. Trend in Lider telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə NATO Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov bildirib.

Z.Əsgərovun sözlərinə görə, azərbaycanlı deputatlar NATO PA-nın payız sessiyasında bu günlərdə BMT Baş Assambleyasının qəbul etdiyi "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət"ə dair qətnamə ilə bağlı məsələ qaldıracaq. "Biz hesab edirik ki, NATO PA-nın yanğınlara öz münasibətini bildirməsi çox vacibdir. Onu da nəzərə almaq lazımdır ki, payız sessiyasında İngiltərə parlamentinin deputatı Cənubi Qafqazda vəziyyətlə bağlı xüsusi məruzə təqdim edəcək" - deyə azərbaycanlı parlamentari əlavə edib.

Xəbər lenti

Xəbər lenti