...

Qərb bölgəsinə gətiriləcək texnikalar fermerlərə güzəştlərlə veriləcək.

Siyasət Materials 12 Sentyabr 2006 16:12 (UTC +04:00)

Əkin movsümünün başlanması ilə əlaqıdar Qərb bölgəsinə yeni aqrotexnika gətiriləcək. Trend ə bu barədə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Sədrəddin Nəzərov məlumat verib.

Onun sözlərinə görə, yeni texnika Rusiyanın "Rosselmaş" şirkətinin istehsalı olan tırtıllı və təkərli traktorlar, taxılyığan və yemyığanlar, həmçinin avtoqreyderlər, ot bağlayanlar, ot biçənlər və digər avadanlıqlardır. Sözügedən avadanlıqlar Aqrolizinq Səhmdar Cəmiyyətinin Gəncə Regional Aqroservis və Təchizat Bazasına gətiriləcək. S. Nəzərovun dediyinə görə, fermerlərə təklif olunacaq yeni kənd təsərrüfatı texnikaları artıq respublikaya gətirilib, hazırda onların regionlar üzrə paylanması prosesi gedir.

O qeyd etdi ki, sözügedən maşın və avadanlıqlar Qərb bölgəsinin təsərrüfat sahiblərinə güzəştli qiymətlər və şərtlərlə satılacaq.

Xəbər lenti

Xəbər lenti