...

Müsavat başqanı MDİ təmsilçisi ilə görüşüb

Siyasət Materials 12 Sentyabr 2006 16:55 (UTC +04:00)

Müxalifətdəki Müsavat Partiyasının sədri İsa Qəmbər sentyabrın 12-də partiya qərargahında Milli Demokratiya İnstitutunun (MDİ) nümayəndəsi Emi Şultsla görüşüb. Bu barədə Trend ə Müsavat Partiyası mətbuat xidmətindən bildiriblər.

Görüşdə ölkədəki mövcud ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları sahəsindəki durum, Azərbaycanda demokratiyanın inkişafı üçün zəruri addımlar, eləcə də MDİ ilə Müsavat partiyası arasında əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti