...

Ziyafət Əsgərov: Beynəlxalq təşkilatlar Azərbaycana öz şərtlərini diktə edə bilməzlər

Siyasət Materials 14 Sentyabr 2006 20:19 (UTC +04:00)
Ziyafət Əsgərov: Beynəlxalq təşkilatlar Azərbaycana öz şərtlərini diktə edə bilməzlər

Heç bir beynəlxalq təşkilat Azərbaycana öz şərtlərini diktə edə bilməz. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərov Avropa Şurası Venesiya Komissiyasının Seçki Məcəlləsinə dəyişikliklər edilməsi üçün ölkəyə bir həftə vaxt verilməsi ilə bağlı bəyanatını şərh edərkən bəyan edib.

"Əgər Venesiya Komissiyasının təklifləri varsa, onda onlara baxılacaq və müvafiq qərar qəbul olunacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti üçün əsas xalqın istəyidir və məcəlləyə dəyişikliklərin edilməsi istitsna edilmir.

Xəbər lenti

Xəbər lenti