Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dünən Bakının Şüvəlan və Mərdəkan qəsəbələrində 230 və 183 saylı məktəblərin bu yaxınlarda tikilmiş əlavə korpusları ilə tanış olub. Bu barədə Trend AzTV telekanalına istinadən xəbər verir.
Fondun başçısı həmçinin Binə qəsəbəsində "Mövsüm Səlim" məscidinin yanında tikilmiş yardımçı tikili ilə tanış olub. Bundan əlavə, Mehriban Əliyeva Zirə qəsəbəsində 122 saylı yeni məktəbə də baş çəkib.
İctimaiyyət, məktəb müəllimləri və şagirdlərlə görüşdə M.Əliyeva yeni tədris ilində onlara uğurlar arzulayıb.