...

Maliyyə naziri: 2007-ci ildə Azərbaycanın dövlət büdcəsi sosial yönümlü olacaq

Siyasət Materials 15 Sentyabr 2006 14:54 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi 2007-ci il üçün büdcə proqnozları paketini, 2007-ci il üçün möhkəmləndirilmiş büdcə layihəsini və növbəti 3 il üçün proqnozları Nazirlər Kabinetinə təqdim edib. Trend xəbər verir ki, bu barədə bu gün mətbuat konfransında ölkənin maliyyə naziri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, büdcə sistemi haqqında qanuna əsasən 2007-ci il üçün dövlət büdcəsinin proqnozları sentyabrın 15-dək Nazirlər Kabinetinə, sentyabrın 25-dək isə Prezident Aparatına təqdim olunmalıdır.

"Bu, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin birgə layihəsidir, çünki büdcə proqnozları 2007-ci il üçün makroiqtisadi göstəricilər əsasında hazırlanıb. Proqnozda büdcə artımı nəzərdə tutulub və büdcə göstəricilərini formalaşdırarkən Azərbaycan prezidentinin tapşırıqları nəzərə alınıb. 2007-ci ilin büdcəsi sosial yönümlü və geniş miqyaslı olacaq", - deyə Samir Şərifov qeyd edib.

İlkin məlumatlara görə, 2007-ci il üçün Azərbaycanın büdcəsi 5 mlrd. AZN-i ötəcək. Büdcəyə qoyulmuş neftin qiyməti $50/barel təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti