Şübhəsiz, Rusiyanın mühacirət siyasətində çatışmazlıqlar var. Bu barədə RF Dövlət dumasının deputatı, MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin "Biz-Rusiyalılarıq!" ümumrusiya forumu tərəfindən "Rusiyaya hansı mühacirlər lazımdır?" mövzusunda Moskvada keçirilmiş dəyirmi masanın əhəmiyyətini şərh edərkən Trend ə eksklüziv olaraq bildirib.
"İndi başa düşmək lazımdır ki, müəyyən vəzifələrin icrasının həvalə olunduğu insanlar real surətdə işləyəcəklər, siyasəti yaxşılaşdıracaq və təkmilləşdirəcək, yoxsa səhvlər etməkdə davam edərək inad göstəcəklər. Mühacirət siyasətinin indiki vəziyyətində həyata keçirilməsi heç bir müsbət nəticə verməyəcək və səmərəsiz olacaq. Şübhəsiz ki, onu dəyişmək və yaxşılaşdırmaq lazımdır", - deyə K.Zatulin bildirib.
"Dəyirmi masa"nın əsas sualına MDB ölkələri İnstitutunun direktoru cavab verib ki, Rusiyaya, hər şeydən əvvəl, öz mənşəyinə, dili bilməsinə, Rusiyanın şəraitini anlamasına və b. Səbəblərə görə Rusiyadakı həyata hazır olan mühacirlər lazımdır. Deputatın fikrincə, onlar həmyerlilərdir. Politoloq hesab edir ki, yüksək səviyyədə qəbul olunmuş fərman təmtəraqla "Həmyerlilərin könüllü köçməsi" adlanır, əslində isə "Repatriasiya haqqında fərman" adlanmalı idi. Deputat həmyerlilərinə verdiyi üstünlüyü belə əsaslandırıb: "onlar bizə yaxındırlar, onlara xüsusi adaptasiya və inteqrasiya lazım deyil. Qalan məsələlər də zəruridir, bir neçə ildən sonra isə biz kimi birinci, kimi isə ikinci qəbul edəcəyimizi bilməyəcəyik. Biz mümkün qədər çox insanın gəlməsi üçün çalışacağıq".
Dövlət dumasının deputatı əmindir ki, mühacirlərin düzgün paylaşdırılması üzrə hansısa strukturun yaradılmasına həqiqətən də ehtiyac var. Lakin, lazım gələrsə, asanlıqla aradan qaldırılacaq əngəllər yaratmaq lazım deyil. "Sabah biz buna və ya başqasına qadağa qoyacağıq, lakin əgər digər yerlərdə stimullar yaradılmasa, insanlar onsuz da əngəlləri aşmaq üçün yol tapacaqlar. Problem bundadır ki, biz heç zaman ağıllı-başlı stimullar sistemini yaratmamışıq, orqanlar sistemini yaratmışıq. Orqanlar olmalıdır, lakin onlar stimulları ləğv etməməlidirlər", - deyə Konstanti Zatulin bildirib.