"Azərbaycanın XİN başçısının Londonda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşündə təəssüflər olsun ki, heç bir irəliləyiş əldə olunmayıb. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın xarici işlər nazirinin müavini Hafiz Paşayev məlumat verib.
O qeyd edib ki, dondurulmuş münaqişələrlə bağlı məsələnin BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə daxil edilməsini müsbət hal hesab etmək olar. Bu, dünya ictimaiyyətinin diqqətinin həmin məsələyə cəlb olunması nöqteyi-nəzərindən əhəmiyyətli ola bilər. Ancaq düşünmürəm ki, bu, problemin həllinə təsir edəcək", - deyə H.Paşayev vurğulayıb.