...

Aydın Mirzəzadə: "Sağlam düşüncəli erməni öz canını Koçaryanın avantürüst siyasətinə qurban vermək istəmir"

Siyasət Materials 18 Sentyabr 2006 14:00 (UTC +04:00)
Aydın Mirzəzadə: "Sağlam düşüncəli erməni öz canını Koçaryanın avantürüst siyasətinə qurban vermək istəmir"

Azərbaycanın inkişafından Ermənistanın narahat olması başadüşüləndir. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini, politoloq Aydın Mirzəzadə Ermənistan prezidenti Robert Koçaryanın sentyabrın 18-də III Ümumerməni "Ermənistan Diasporu" forumunun açılışında söylədiyi fikirlərə münasibət bildirərəkən qeyd edib.

Qeyd edək ki, Ermənistan prezidenti adıçəkilən forumda Artsaxın qəhrəmanlıq mübarizəsi və növbəti danışıqlar prosesinin Ermənistanın 15 illik müstəqilliyinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. O, Azərbaycanın müharibə ilə bağlı çağırışlarına cavab verməyi lazım bilmədiyini qeyd edib. Bildirib ki, müharibə bəyanatlarla deyil, qələbə, ordunun döyüş ruhu və xalqın qabiliyyəti ilə ölçülür.

A.Mirzəzadə bildirib ki, Ermənistan prezidenti Azərbaycan prezidentinin keçirdiy tədbirlərə paralel tədbirlər keçirməyə çalışır: "Bir müddət əvvəl xaricdəki erməni diplomatları ilə görüş keçirildi. Ötən il Dünya Azərbaycanlılarının Konqresinə paralel olaraq onlar erməni diasporunun konqresini keçrirlər. Yəqin ki, gələcəkdə onlar prezidlentimizin atdığı digər addımları təkrarlamağa çalışacaqlar. Amma bu çətin ki, alına. Çünki prezidentimizin potensialı ilə Koçaryanın potensialı tamamilə fərqlidir. Xalqların qarşılarına qoyduqları məqsədləri də fərqlidir. Azərbaycan öz ərazi bütövlyünü bərpa etməyə çalışır, Ermənistan isə öz prezidentinin siyasəti ilə qonşu ölkələrin torpağını özünə birləşdirməyə çalışır".

Politoloq vurğulayıb ki, Ermənisitan rəsmilərinin bu məsələ ilə bağlı bəyantlarında ritorika həddən artıq çoxdur. Zahiri optimistliyə baxmayaraq Azərbaycanda gedən sosial iqtisadi inkişafdan və eyni zamanda ordu quruculuğundan ciddi surətdə narahatçılıq hiss edilir: "Ermənistan ordusunda döyüş ruhunun və vətənpərvərliyin yüksək olması barəsində bəyanatlar isə boş sözdən başqa bir şey deyil. Çünki əgər erməni əsgəri qonşu ölkənin torpağını işğal edirsə, bizim əsgər torpağını işğaldan azad edir. Ona görə də aydın məsələdir ki, vətənpərvərlik və döyüş əhval-ruhiyyəsi Azərbaycan əsgərində qat-qat yüksəkdir".

A.Mirzəzadə qeyd edib ki, son dövrlər Ermənistan danışıqlardan və məsələnin ciddi müzakirəsindən qaçmağa çalışır. Politoloq əlavə edib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağla bağlı məsələdə obyektiv mövqe tutmağa başlayıb: "Bu gün Avropanın aparıcı dövlətləri işğal edilən torpaqlardan ermənilərin çıxarılmasını tələb edirlər. Azərbaycanın bu günkü inkişafı, prezidentimizin apardığı siyasət nəticəsində əasa məqsədə - ərazi bütövlüyümüzün bərpa edilməsinə doğru gedir və bu çox tezliklə baş verəcək".

Politoloq qeyd edib ki, Azərbaycanın apardığı daxili və siyasət düzgündür. Bu məsələdə Ermənistan rəsmi Bakıdan geri qalır. Azərbaycanın inkişafından Ermənistanın narahat olmağı başadüşüləndir: "Çünki Ermənistan əvvəlki hərbi qüdrətdə deyil və onun beynəlxalq aləmdə dəstəyi yoxdur. Eyni zamanda bu gün sağlam düşünən erməni vətəndaşı Koçaryanın avantürüst siyasətini müdafiə etmək üçün öz canını qurban vermək istəmir".

Xəbər lenti

Xəbər lenti