...

Sabir Rüstəmxanlı: "Siyasi proseslər göstərir ki, prezident seçkisində müxalifət yenə bir neçə namizədlə iştirak edəcək"

Siyasət Materials 18 Sentyabr 2006 15:07 (UTC +04:00)

"Siyasi proseslərin indiki gedişi göstərir ki, növbəti prezident seçkisində müxalifət yenə də bir neçə namizədlə iştirak edəcək. Hazırda siyasi partiyaların birləşməsindən çox ayrılması prosesi gedir". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

O, qeyd edib ki, 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə müzakirələrə, danışıqlara başlanılması müxalifət düşərgəsində patiyalararası yaxınlaşmaya, aradakı narazılıqların, incikliklərin götürülməsinə xidmət edəcəksə, onda faydalıdır: "Çünki prezident seçkisinə o qədər də çox vaxt qalmayıb. Yox, əgər bu müzakirələr yenidən qarşılıqlı ittihamlara, narazılıqlara səbəb olacaqsa, müxalifətdaxili vəziyyəti gərginləşdirəcəksə, onda bu müzakirələrə ehtiyac yoxdur".

S.Rüstəmxanlı əlavə edib ki, seçki ərəfəsində müxalifət daxilində əməkdaşlıq istənilən halda qaçılmaz olacaq. Onun fikrincə, bu ilin sonu, gələn ilin əvvəlindən başlayaraq mövzu aktuallıq kəbs edəcək və danışıqlar genişlənəcək.

S.Rüstəmxanlı onu da deyib k, rəhbərlik etdiyi VHP-nin bu il payızda keçiriləcək qurultayında prezident seçkilərində iştirak barədə qərar çıxarılacaq. Özünün prezident seçkisində namizədliyini irəli sürüb-sürməməsinə gəldikdə, S.Rüstəmxanlı hələ bu buradə düşünmədiyini deyib: "Ötən seçkidə mənə olan haqsızlıqların ağrısını hələ də yaşayıram. Ona görə də qəti bir qərarım yoxdur. Qurultaydan əlavə mənim özümün də münasibətim olmalıdır".

Xəbər lenti

Xəbər lenti