...

Səməd Seyidov: Azərbaycan hökuməti "Sərbəst toplaşma azadlığı haqqında" qanunun əlavə müzakirəsinə həmişə hazırlıq nümayiş etdirib

Siyasət Materials 19 Sentyabr 2006 12:14 (UTC +04:00)

Azərbaycan hökuməti Venesiya Komissiyası ilə "Sərbəst toplaşma azadlığı haqqında" qanunun əlavə müzakirəsinə həmişə hazırlıq nümayiş etdirib. Trend in xəbər verdiyi kimi, bu barədə sentyabrın 19-da jurnalistlərə AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

Qeyd edək ki, sentyabrın 19-da Bakıda ATƏT-in "Azərbaycanda toplaşma azadlığı" praktikası üzrə konfrans öz işinə başlayıb.

"Bu tədbir tərəflər arasında fikir mübadiləsi aparmağa xidmət edəcək və onun keçirilməsi Azərbaycan hökumətinə nüfuzlu beynəlxalq təşkilatların fikrini öyrənmək üçün vacibdir. Belə müzakirələr konsturklivlik baxımından bütün tərəflər üçün faydalıdır",- deyə S.Seyidov qeyd edir.

Xəbər lenti

Xəbər lenti