...

ADP Ali Məclisi Qurban Məmmədov və Zəminə Dünyamalıyeva ilə bağlı məsələyə baxacaq

Siyasət Materials 19 Sentyabr 2006 12:51 (UTC +04:00)

Müxalifdəki Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə Trend ə ADP mətbuat xidmətindən bildiriblər.

İclasda ictimai-siyasi vəziyyət, partiyanın yerli rəhbərlərinin sentyabrın 24-ə nəzərdə tutulan respublika müşavirəsinə hazırlığı və bir sıra digər məsələlər müzakirə olunub.

Müşavirəyə təqdim olunacaq sənədlərin layihələri hazırlanıb, ilkin olaraq müzakirə edilib və İdarə Heyətinin üzvlərinə müşavirənin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.

İclasda həmçinin bəzi mətbuat vasitələrində partiyanın Ali Məclis üzvləri Qurban Məmmədovun partiya sədrinin əleyhinə qeyri-etik və qərəzli, Zəminə Dünyamalıyevanın isə partiyada təfriqəçilik və ayrı-seçkilik motivli çıxışlar etməsi ilə əlaqədar məsələ də müzakirə mövzusu olub. Sonda hər iki partiya üzvünün bu hərəkətləri ilə əlaqədar məsələyə baxılması Ali Məclisin rəhbərliyinə tövsiyyə olunub.

Xatırladaq ki, ADP 1991-ci ildə yaradılıb. Partiyanın ilk sədri Sərdar Cəlaloğlu olub. 1996-cı ildə İlyas İsmayılovun sədri olduğu Ədaylət Partiyası ADP-yə birləşdikdən sonra o, partiyanın sədri seçilib. 1998-ci ildə isə eks-spiker Rəsul Quliyevin sədri olduğu Ekologiya Fondu ADP ilə birləşdikdən sonra partiyada həmsədrlik institutu yaradılıb. İ.İsmayılov və R.Quliyev həmsədr olublar. 2000-ci ildə İ.İsmayılov Ədalət Partiyasını yenidən təsis etdikdən sonra R.Quliyev partiyanın sədri seçilib. Onu da bildirək ki, ADP "Azadlıq" siyasi blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti