...

DAK Rusiya nümayəndəliyinin rəhbəri Azərbaycanda səfərdədir

Siyasət Materials 19 Sentyabr 2006 14:40 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxtinin sərəncamı ilə Cavidan Elbars DAK Sədr Aparatında Güney Azərbaycan üzrə nümayəndə təyin olunub. Bu barədə Trend ə DAK mətbuat xidmətinin rəhbəri Əli Nicat bildirib.

Qeyd olunub ki, DAK-ın sonuncu qurultayından sonra bu vəzifəni Siyavuş Mustafayev tuturdu.

Ə.Nicat onu da bildirib ki, DAK Sədr Aparatının üzvü və Rusiya nümayəndəliyinin rəhbəri Hacı Mirəşrəf Fətiyev Azərbaycanda səfərdədir. Əsas məqsəd DAK-ın növbəti 9-cu qurultayına hazırlıq işləri ilə tanış olmaqdır. M.Fətiyev hazırda Naxçıvandadır.

Xatırladaq ki, DAK 1997-ci ildə Güney Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən ABŞ-ın Los-Anceles şəhərində yaradılıb. Konqresin ilk sədri doktor Nəzmi olub. DAK-ın II qurultayı Azərbaycan bayrağı altında Vaşinqtonda keçirilib. 2001-ci ildə keçirilən növbəti qurultayda isə Cavad Derəxti DAK sədri seçilib. 2005-ci ildə keçirilən qurultayda DAK-ın əsasnaməsi və nizamnaməsinə edilən dəyişikliklərə əsasən Məclis formalaşdırılıb.

Xəbər lenti

Xəbər lenti