...

Sentyabr ayında Məşvərət Məclisi gələcək fəaliyyətini müzakirə edəcək

Siyasət Materials 20 Sentyabr 2006 15:25 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisi gələcək fəaliyyətini müəyyənləşdirmək üçün geniş toplantı keçirəcək. Bu barədə Trend ə iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, qurumun gələcək fəaliyyəti mütləq müzakirə olunmalıdır. M.Əlizadə bu vaxtadək fəaliyyətlərindən narazı qaldığını da ifadə edib. Bunu isə təşkilati cəhətdən düzgün formalaşmadıqları ilə əlaqələndirib.

M.Əlizadə onu da vurğulayıb ki, əgər Məşvərət Məclisinin fəaliyyətinin davam etdirməsi qərara alınarsa, onda yeni fəaliyyət prinsipləri üzərində düşünməliyik.

Qeyd edək ki, iqtidaryönlü partiyanın daxil olduğu Məşvərət Məclisi 1998-ci ildə yaradılıb. Qurumda hakim Yeni Azərbaycan Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Demokratik Maarifçilik Partiyası, Azad Respublikaçılar Partiyası, Respublikaçılar Partiyası, Ana Vətən Partiyası, Sosial Rifah Partiyası, Milli Dövlətçilik Partiyası və digər siyasi təşkilatlar təmsil olunur.

Xəbər lenti

Xəbər lenti