...

Azərbaycan prezidenti Bakının yeni işıqlandırma sistemi ilə tanış olub

Siyasət Materials 21 Sentyabr 2006 17:16 (UTC +04:00)

Azərbaycan prezidenti bu gün Bakı Şəhər İcra Hakimiyyətinə baş çəkib və paytaxtın mərkəzi küçələrində və parklarında quraşdırılacaq yeni işıqlandırma sisteminin nümunələri ilə tanış olub.

Trend in xəbər verdiyi kimi, icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, klassik tipli işıqlandırma sistemi, ilk növbədə, tarixi-memarlıq abidələrinin yerləşdiyi küçə və prospektlərdə, parklarda, o cümlədən Nizami meydanında quraşdırılacaq. Bu istiqamətdə işlərə artıq başlanılıb. Müasir işıqlandırma cihazları Sankt-Peterburqdan gətirilir. Hazırda quraşdırma işləri Prezident Sarayı qarşısında, Nizami küçəsində başa çatıb, yaxın günlərdə isə İstiqlaliyyət və Əziz Əliyev küçələrində başa çatacaq. Bütövlükdə, işıqlandırma sisteminin quraşdırılması üzrə işlər gələn ilin sonuna kimi başa çatacaq.

Nümunələrlə tanış olan dövlət başçısı onların milli ornamentlərlə tamamlanması, işlərin yüksək səviyyədə yerinə yetirilməsi zərurətini vurğulayıb, eləcə də şəhərin gələcək abadlaşdırılması üzrə bir sıra digər tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti