Güney Azərbaycana Dəstək Komitəsi (GADK) sentyabrın 25-də İranın Azərbaycandakı səfirliyi qarşısında icazəsiz etiraz aksiyası keçirmək istəyib. Bu barədə Trend ə adıçəkilən komitənin üzvü olan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Bəybala Əbil bildirib.
B.Əbil qeyd edib ki, aksiyanı keçirməkdə məqsəd Güney Azərbaycanda soydaşlarımızın hüquqlarının tapdanmasına etiraz etmək olub: "Lakin aksiya icazəsiz keçirildiyindən polislər tərəfindən dağıdılıb. Aksiyada iştirak edənlərdən bir neçəsi Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb".
Qeyd edək ki, GADK bir neçə ay bundan öncə yaradılıb. Komitədə bir neçə siyasi partiya və insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lər təmsil olunur.