...

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı dəyişdirilib, Gəncə Dövlət Universitetinin rektoru təyin edilib

Siyasət Materials 25 Sentyabr 2006 19:36 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Sahib İsmayıl oğlu Əkbərovun Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Trend in xəbər verdiyi kimi, dövlət başçısının digər sərəncamı ilə bu vəzifəyə Vidadi Məhərrəm oğlu Məhərrəmov təyin edilib.

Azərbaycan prezidenti daha bir sərəncamı ilə Elman İdris oğlu Məmmədovu Gəncə Dövlət Universitetinin rektoru təyin edib.

Xəbər lenti

Xəbər lenti