...

Bakıda Sərhəd məsələləri üzrəç Konfransın növbəti iclası keçiriləcək

Siyasət Materials 26 Sentyabr 2006 17:08 (UTC +04:00)

Sentyabrın 27-də Bakıda ŞİOFOK-un (Beynəlxalq Sərhəd Məsələləri üzrə Konfrans) növbəti iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Baş İdarəsindən məlumat verilib.

Tədbirdə Avropa ölkələrinin dövlət sərhəd xidmətlərinin nümayəndələri iştirak edəcək. Tədbirə Fəxri və Şəhidlər xiyabanlarının ziyarəti ilə start veriləcək.

İclasın işində beynəlxalq sərhədlərin qorunması, qanunsuz miqrasiya, narkotik vasitələrin və silah-sursatın sərhədlərdən qanunsuz keçirilməsi və s. cinayət əməllərinə qarşı mübarizə məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti