...

Ayaz Rüstəmov: "AMİP-in bölgələr üzrə səlahiyyətli nümayəndələri təyin olunacaq"

Siyasət Materials 27 Sentyabr 2006 18:06 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bölgələr üzrə səlahiyyətli nümayəndələri və sədrin müşavirləri təyin olunacaq. Bu barədə Trend ə AMİP-in sədri Ayaz Rüstəmov məlumat verib.

O bildirib ki, AMİP-in artıq baş katibi, Mərkəzi Şuranın sədri, Siyasi Şura üzvləri seçilib, katiblər təyin olunub. Bələdiyyələrlə iş üzrə yeni katiblik yaradılıb. Gələn həftə keçiriləcək partiyanın Siyasi Şurasının iclasında isə AMİP-in zonalar üzrə səlahiyyətli nümayəndələri təyin olunacaq.

A.Rüstəmov qeyd edib ki, hələlik ilkin olaraq 4 bölgə üzrə səlahiyyətli nümayəndə təyin edləcək. Hər bir bölgə isə bir neçə rayonu əhatə edəcək. Ümumilikdə AMİP-in bütün rayon təşkilatları 8-9 region üzrə qruplaşdırılıb. Səlahiyyətli nümayəndələr də bu regionlar üzrə təyin olunacaq. A.Rüstəmovun sözlərinə görə, hər bir bölgə üzrə səlahiyyətli nümayəndələrin həmin rayonda nüfuzunun olması, partiya sıralarından səmərəli xidmət göstərməsi əsas şərtdir.

Sədrin müşavirlərinin sayına gəldkdə isə A.Rüstəmov deyib ki, AMİP-in Nizamnaməsində bununla bağlı konkret rəqəm göstərilməyib. Müşavirlər lazım bilindiyi sayda təyin oluna bilər.

Xəbər lenti

Xəbər lenti