...

MSK sədri: "Bələdiyyə seçkilərinə icra strukturlarının müdaxiləsi ilə bağlı şikayət daxil olmayıb"

Siyasət Materials 29 Sentyabr 2006 17:50 (UTC +04:00)
MSK sədri: "Bələdiyyə seçkilərinə icra strukturlarının müdaxiləsi ilə bağlı şikayət daxil olmayıb"

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərinə icra strukturlarının müdaxiləsi ilə bağlı indiyədək MSK-ya hər hansı şikayət daxil olmayıb. Trend in məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın sentyabrın 29-da keçirilən iclasında səsləndirib.

O qeyd edib ki, budəfəki seçkidə icra başçılarının, hüquq-mühafizə orqanları və icra hakimiyyəti nümayəndələrinin seçki prosesinə müdaxilə etməsi barədə şikayətlər verilmir. MSK sədrinin sözlərinə görə, bu, prezidentin ötən il və bu il seçkilərə dair iki sərəncamının və seçkilərlə bağlı aparılan maarifləndrmə işlərinin nəticəsidir: "Biz icra strukturları və hüquq-mühafizə orqanlarının seçkiyə müdaxiləsini minimuma endirə bilmişk. Prezidentin məlum sərəncamları verməklə siyasi iradə nümayiş etdirməsi öz bəhrəsini verib".

MSK sədri onu da deyib ki, oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı aşağı seçki komissiyaları da fəaldırlar. M.Pənahov seçkini izləyəcək müşahidəçilərin sayının kifayət qədər olduğunu deyərək bunun seçkiyə olan maraqdan və fəallıqdan irəli gəldiyini vurğulayıb. M.Pənahov bələdiyyə seçkilərinin beynəlxalq qurumların da diqqət mərkəzində olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti