...

Gürcüstan bu il "Şahdəniz" yatağından gözlənildiyindən 5 dəfə çox həcmdə qaz alacaq

Siyasət Materials 2 Oktyabr 2006 11:21 (UTC +04:00)
Gürcüstan bu il "Şahdəniz" yatağından gözlənildiyindən 5 dəfə çox həcmdə qaz alacaq

Gürcüstan Azərbaycanın "Şahdəniz" yatağından qabaqcadan şərtləşdirilmiş 60 mln kub metr qaz əvəzinə 300 mln kub metr qaz alacaq. Trend in Gürcüstandakı xüsusi müxbirinin xəbər verdiyi kimi, bu barədə Tiflisdə keçirilmiş brifinqdə ölkənin energetika naziri Nika Gilauri bəyan edib.

Onun sözlərinə görə, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib və tərəflər ilkin razılığa gəlib. Nazir bildirib ki, "Şahdəniz" yatağından qaz artıq noyabrda hasil ediləcək.

O vurğulayıb ki, Gürcüstana əsas qaz tədarükçüsü hələ də Rusiya və "Qazprom" şirkətidir. "Ancaq biz Gürcüstana qaz tədarüklərinin diversifikasiyası üzərində çox işləyirik və artıq bir çox irəliləyişə nail olmuşuq", - deyə nazir qeyd edib.

N.Gilarui bildirib ki, Azərbaycandan qaz tədarükünə dair sazişlər bu ilə aiddir. Gələcəkdə isə qaz tədarüklərinin həcmi daha da artırılacaq.

Qeyd edək ki, Gürcüstanın təbii qaza olan illik tələbatı 2-3 milyard kub metr təşkil edir.

Xəbər lenti

Xəbər lenti