...

Qazaxda yeni Bisnes Tədris Mərkəzi yaradılacaq

Siyasət Materials 2 Oktyabr 2006 13:41 (UTC +04:00)

Qazax Biznes Tədris Mərkəzində artıq bütün hazırlıq işləri başa çatıb və bina lazımi avadanlıqlarla təchiz olunub. Bu rəqda Trend in qərb bürosuna İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional şöbəsinin rəhbəri Azər Muradov məlumat verib.

Onun sözlərinə görə, burada iş adamlarınına öz fəaliyyətlərini düzgün qura bilmələri üçün bir sıra təlim kurslarının, informasiya və hüquqi məsləhət xidmətinin göstəriləməsi nəzərdə tutulub. Bu, İİN-nin xətti ilə regionlarda yaradılan artıq 4-cü mərkəzdir. Bundan öncə Şəkidə, Lənkəranda və Gəncədə bu cür Biznes Tədris Mərkəzləri yaradılaraq fermer və sahibkarların istifadəsinə verilib.

Qeyd edək ki, sentyabrın 30-da Regional Biznes Tədris Mərkəzi bölgədə fəaliyyət göstərən sahibkarlar, banklar və bir sıra dövlət qurumları nümayəndələrinin iştirakı ilə Gəncədə seminar keçirdi.

Görüşdə Qərb regionunda fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak etdi. Tədbirin əsas mövzusu bölgələrdə, həmçinin Gəncədə yaradılan BTM-in sahibkarlığın inkişaf etdirilməsində rolu haqda iş adamlarına məlumat verməkdir.

GRBTM-nın rəhbəri Rövşən Novruzov sözlərinə görə, mərkəzdə iş adamları üçün kompüter, internet, xarici dil, marketinq kursları fəaliyyət göstərir. Mərkəz öz xidmətlərini tək sahibkarlara deyil, ümumilikdə region əhalisinə pulsuz olaraq təklif edir.

Xəbər lenti

Xəbər lenti