...

Səfir: Türkiyə Fransa prezidentinin bəyanatlarından narahatdır

Siyasət Materials 3 Oktyabr 2006 13:14 (UTC +04:00)
Səfir: Türkiyə Fransa prezidentinin bəyanatlarından narahatdır

Biz Fransa rəhbərliyinin bəyanatlarından çox narahatıq, onlar Türkiyə və Fransa arasında müvafiq tarixi, dostluq və qarşılıqlı münasibətlərə uyğun deyil. Trend ANS telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı Fransa prezidenti Jak Şirakın Türkiyəni "erməni soyqırımı"nı tanımağa və Ermənistanla sərhədi açmağa çağıran son bəyanatını şərh edərkən jurnalistlərə bildirib.

Səfir qeyd edib ki, Türkiyə Ermənistanla dialoqa açıqdır, lakin bir şərtlə ki, Ermənistan öz türkdilli qonşuları ilə münasibətlərini normallaşdırsın.

Xəbər lenti

Xəbər lenti