...

Finlandiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir

Siyasət Materials 3 Oktyabr 2006 16:31 (UTC +04:00)
Finlandiya XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir

Finlandiyanın XİN başçısı Erkki Tuomioyya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir. Trend in xəbər verdiyi kimi, bu barədə o, oktyabrın 3-də jurnalistlərə məlumat verib.

Nazir son vaxtlar münaqişənin nizamlanması prosesində Minsk Qrupu həmsədrlərinin fəallığını müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu yaxınlarda Helsinkidə həmsədrlərlə sonuncu görüşdə buna tam əmin olub.

Finlandiya XİN başçısı hesab edir ki, AB-nin Azərbaycanla fərdi əməkdaşlıq üzrə fəaliyyət planı bu münaqişənin həlli üçün vasitə deyil. Onun fikrincə, münaqişənin həlli yalnız Minsk Qrupu formatı çərçivəsində mümkündür.

Öz növbəsində, Bakıda səfərdə olan AB komisarı Benito-Ferrero Valdner Azərbaycanın hərbi xərclərinin çoxalmasının regionda gərginliyin artmasına gətirib çıxara biləcəyi ilə bağlı əvvəlki mövqeyində qalır. AB isə gərginliyin azaldılmasının tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti