...

Asim Mollazadə Nəsimi rayonunun müəllimləri ilə görüşüb

Siyasət Materials 4 Oktyabr 2006 18:25 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə oktyabrın 4-də deputat seçildiyi Nəsimi rayonunda yerləşən 164 saylı orta məktəbdə görüş keçirib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

A.Mollazadə məktəbin mövcud problemləri ilə yaxından tanış olub.

Millət vəkili Asim Mollazadə oktyabrın 4-də həmçinin Nəsimi rayonunun təhsil işçilərinin Müəllim Günü münasibətilə keçirilən toplantısında da iştirak edib. Bu toplantıdakı çıxışı zamanı Asim Mollazadə ölkəmizin gələcək inkişafının təhsillə bağlı olduğunu vurğulayıb. O, Azərbaycan müəlliminin sosial tələblərinin ödənilməsi üçün dövlətin müvafiq addımlar atmasının vacibliyini qeyd edib. Azərbaycanda yeni gənc nəslin yüksək səviyyəli təhsil almasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin müstəsna rol oynadığını söyləyib. Asim Mollazadə Azərbaycan iqtisadiyyatının və enerji sektorunun inkişafı nəticəsində əldə olunmuş gəlirlərin insan amilinə, o cümlədən təhsil sahəsində çalışan insanların güzəranının yaxşılaşdırılmasına yönəldilməsinin vacibliyini bildirib.

Qeyd edək ki, Asim Mollazadənin Nəsimi rayonunda yerləşən bütün məktəblərə gedərək onların problemləri ilə tanış olması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti