...

MSK sədri: "Bələdiyyə seçkilərinin ilkin nəticələri səsvermə günü axşam saatlarında açıqlanacaq"

Siyasət Materials 5 Oktyabr 2006 19:12 (UTC +04:00)
MSK sədri: "Bələdiyyə seçkilərinin ilkin nəticələri səsvermə günü axşam saatlarında açıqlanacaq"

Bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı səsvermə günü axşam saatlarında məlumatlar açıqlanacaq. Trend in məlumatına görə, bu barədə oktyabrın 5-də mətbuat konfransı keçirən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, səsvermənin ilkin nəticələri MSK-nın internet ünvanında da yerləşdiriləcək: "Lakin insanlar dəqiq məlumatları daha çox canlı olaraq rəsmi şəxsin öz dilindən eşitməyə üstünlük veririrlər. Bunun üçün də axşam saatlarında mən özüm çıxş edərək ilkin nəticələr barədə məlumat verəcəm. Həmçinin MSK-nın "Seçkilər" İnformasiya Mərkəzi tərəfindən də mütəmadi olaraq məlumatlar veriləcək.

M.Pənahov 6 oktyabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı MSK-nın aşağı seçki komissiyaları və ictimaiyyətin maarifləndirilməsi məqsədilə tədbirlər gördüyünü, komissiya üzvlərinin AzTV və İTV-də, həmçinin dövri mətbuatda çıxışlar etdiyini, aşağı seçki komissiyaları üçün treninqlər keçirildiyini, 3 cilddən ibarət "Təlimat" toplusunun çap edilərək paylandığını deyib. MSK-nın treninq qrupu səsvermə günü məntəqələrin açılmasından başlamış seçki başa çatdıqdan sonra protokolların sayılması və dairəyə göndərilməsinə qədər bütün proseduraları əyani şəkildə izah ediblər.

Qeyd edək ki, oktyabrın 6-da 603 bələdiyyə üzrə təkrar, yeni, əlavə və ilk dəfə seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti