...

Nazir: Azərbaycan və RF Azərbaycan kapitalının Rusiyaya çıxma ehtimalını nəzərdən keçirir

Siyasət Materials 6 Oktyabr 2006 17:04 (UTC +04:00)
Nazir: Azərbaycan və RF Azərbaycan kapitalının Rusiyaya çıxma ehtimalını nəzərdən keçirir

Azərbaycan və Rusiya Azərbaycan kapitalının Rusiya bazarına çıxma ehtimalını müzakirə edir. Trend xəbər verir ki, Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, bu gün Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qref Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu istiqamətdə təkliflə çıxış edib.

"Biz bu məsələləri ciddi şəkildə nəzərdən keçiririk. Fiziki şəxslərin investisiyaları bu gün də mövcuddur və müəyyən şirkətlər var. Yəqin ki, bu işə fəal şəkildə qoşulmaq lazımdır, belə ki, biz kapitalın hərəkətinin birtərəfli olmasını istəmirik", - deyə H.Babayev bildirib.

Rusiyalı qonaq "RusAl" ilə danışıqların nəticələri haqqında məlumatlandırılıb. Nazirin sözlərinə görə, bundan əlavə, digər investisiya layihələri də müzakirə olunacaq.

"Biz Azərbaycan şirkətlərini böyük məmnuniyyətlə Rusiyada görmək istəyirik. Mən bilirəm ki, hazırda Rusiyaya investisiyalar üzrə bir sıra layihələr gözdən keçirilir. Mən Azərbaycan şirkətlərinin rəhbərliyi, Azərbaycan Beynəlxalq Bankının başçısı ilə görüşdüm və bankın fəaliyyətinin Rusiya ərazisində dəstəklənməsi və onun filial şəbəkəsinin genişləndirilməsinə vəd verildi. Əlbəttə, biz hər vasitə ilə buna yardım edəcək və inkişaf etdirəcəyik", - deyə G.Qref qeyd edib.

Onun sözlərinə görə, banklardan əlavə, RF-də fəaliyyəti genişləndiriləcək sektorlar, şübhəsiz, kənd təsərrüfatı, elektrik energetikasıdır. "Kənd təsərrüfatının emalı ilə bağlı olan hər şey - əməkdaşlığımızın çox mühüm tərkib hissəsidir və bu məsələ üzrə yaxşı perspektivlər var. Bizim ən mühüm vəzifəmiz- biznes üçün maksimal münasib şərait yaratmaqdır. Kənd təsərrüfatı məhsullarının Rusiyaya çatdırılması üzrə prosedurlar mümkün qədər sadələşdiriləcək və bu fəaliyyətə mane olan bütün giriş şəraitini, bütün problemləri aradan qaldırmağa hazırıq. Bunlar gündəlikdə duran bütün məsələlərdir, lakin hər iki ölkənin biznes əlaqələrinin səmərəliliyi və tezliyindən yeni layihələr yaranacaq", - deyə G.Qref yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti