...

Gürcüstanın birinci xanımı Sandra Rulofs Bakıda görüşlər keçirir

Siyasət Materials 9 Oktyabr 2006 12:08 (UTC +04:00)

Gürcüstanın birinci xanımı Sandra Rulofs Bakıda səfərdədir. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Gürcüstan prezidentinin xanımı Bakıya oktyabrın 8-də gəlib və onun səfəri oktyabrın 11-dək davam edəcək. Humanitar məsələlərlə fəal məşğul olan S.Rulofs Bakıda bir sıra görüşlər keçirmək və sosial obyektlərə baş çəkmək niyyətindədir. O, xüsusilə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşməyi planlaşdırır. Səfər proqramı çərçivəsində S.Rulofs bir sıra müalicə müəssisələrinə, o cümlədən vərəm əleyhinə tibb müəssisəsinə də baş çəkəcək.

S.Rulofs ölkənin mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Azərbaycan və Gürcüstan arasında mədəni əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti