Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə "Gürcüstan mənim vətənimdir" Cəmiyyətinin sədri Əli Babayevlə görüşüb. Bu barədə Trend ə Demokratik İslahatlar Partiyasından (DİP) məlumat verilib.
Görüşdə Gürcüstanda keçirilən son bələdiyyə seçkiləri, orada yaşayan azərbaycanlıların seçkilərdə üzləşdikləri bəzi problemlər müzakirə olunub. Həmçinin Gürcüstanda yaşayan azərbaycanlıların dövlət və hökumət strukturlarında işləməməsi, təhsil sahəsində və aqrar sahədə üzləşdikləri problemlər də müzakirə predmeti olub. Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkəyə, Azərbaycanda yaşayan ingiloy və gürcülərin isə Azərbaycan cəmiyyətinə inteqrasiyası barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və Gürcüstan arasında strateji, elmi və mədəni əməkdaşlığın daha da dərinləşdirilməsinin konkret yolları da müzakirə edilib.