...

Azərbaycanın və Gürcüstanın birinci xanımları danışıqlar aparıblar

Siyasət Materials 9 Oktyabr 2006 17:13 (UTC +04:00)

Bu gün Heydər Əliyev Fondunda Azərbaycanın və Gürcüstanın birinci xanımları Mehriban Əliyeva və Sandra Rulofs arasında görüş keçirilib.

Gürüstanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hümanitar sahədə əməkdaşlığın inkişafı məsələləri, qarşılıqlı maraq doğuran mövzular nəzərdən keçirilib.

Oktyabrın 8-dən Bakıda səfərdə olan S. Rulofs artıq "Atəşgah" məbədində olub, eləcə də eks-prezident Heydər Əliyev və onun xanımı Zərifə Əliyevanın məzarları önünə əklillər qoyub. Oktyabrın 9-da S. Rulofs habelə Səhiyyə Nazirliyinə baş çəkərək nazir Oktay Şirəliyevlə müzakirələr aparıb.

Səfər proqramında vərəm dispanserinə, Azərbaycan Tibb Universitetinə baş çəkmək, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüş də nəzərdə tutulub.

S. Rulofsun səfəri oktyabrın 11-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti