...

Azərbaycan prezidentinin Belarusa rəsmi səfərinə hazırlıq gedir

Siyasət Materials 12 Oktyabr 2006 13:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Belarusa ilk rəsmi səfərinə hazırlıq gedir. Bu barədə Trend ə Belarus Respublikasının Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlik həmişə ikitərəfli münasibətlərin inkişafı istiqamətində səy göstərir. İstənilən səviyyəli hər bir səfər isə münasibətləri inkişaf etdirməyə və onların səviyyəsini artırmağa imkan verən mexanizmin elementidir", - deyə diplomatik missiyadan bildirilib.

Hazırda iki ölkə arasında müqavilə-huquqi bazanın təkmilləşdirilməsi üzərində iş aparılır.

"Demək olmaz ki, Azərbaycan və Belarus arasında müqavilə-hüquqi baza yüksək inkişaf edib. Ölkələrimiz arasında iqtisadi və humanitar sahələri əhatə edən 26 ikitərəfli müqavilə imzalanıb. Ancaq bu bazanı genişləndirmək lazımdır", - deyə səfirlikdən qeyd olunub. Digər sahələri müəyyən edən, qarşılıqlı münasibətlərin əsası kimi müqavilə-hüquqi bazanın iqtisadi tərkib hissəsinin genişləndirilməsi istiqamətində işlərin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin, siyasi və humanitar xarakterli sənədlər də hazırlanır. Bu sənədlərin İ.Əliyevin Minskə səfəri zamanı imzalanacağı gözlənilir.

Səfərin tarixi hələ dəqiqləşməyib və diplomatik kanallar vasitəsilə razılaşdırılır.

Xəbər lenti

Xəbər lenti