...

Belarus və Azərbaycan prezidentləri müzakirələrə başlayıblar

Siyasət Materials 17 Oktyabr 2006 15:12 (UTC +04:00)

Belarus dövlət başçısının iqamətgahı qarşısında Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Trend in "Belta"ya istinadən xəbər verdiyi kimi, ali qonağı Aleksandr Lukaşenko qarşılayıb. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra prezidentlər fəxri qaravul bölüyünə yaxınlaşıblar. Burada prezident İlham Əliyev bölük komandirinin raportunu qəbul edib. Sonra dövlət başçıları Belarus və Azərbaycan nümayəndə heyətinin rəsmi şəxslərini salamlayıblar.

Təntənəli marşla fəxri qaravul bölüyü hər iki ölkə liderlərinin qarşısından keçib. Bundan sonra Aleksandr Lukaşenko və İlham Əliyev iqamətgaha yollanıblar. Burada dövlət başçıları dar formatda görüşə başlayıblar. Daha sonra isə geniş tərkibdə danışıqlar keçiriləcək. Danışıqların yekunu olaraq bir sıra ikitərəfli sazişlərin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti