...

ATƏT Minsk qrupunun həmsədrləri məsləhətləşmələr aparacaqlar

Siyasət Materials 19 Oktyabr 2006 13:55 (UTC +04:00)

ATƏT Minsk qrupunun (MQ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə həmsədrləri Parisdə məsləhətləşmələr aparmaq niyyətindədirlər. Bu barədə ATƏT MQ -nin rusiyalı həmsədri Yuri Merzlyakov Trend ə eksklüziv olaraq məlumat verib.

Məsləhətləşmələr oktyabrın 23-də Parisdə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vardan Oskanyan və Elmar Məmmədyarovun danışıqlarının növbəti raundundan bir gün əvvəl keçiriləcək. Vasitəçilər həmçinin nazirlərin görüşünün yekunu üzrə də məsləhətləşmələr aparacaqlar.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Azərbaycan və Ermənistanın müdafiə nazirlərinin görüşünün təşkili haqqında təklifini şərh edən Y.Merzlyakov bildirib ki, bu təşəbbüs münaqişə edən tərəflər arasında etimad tədbirlərinin artırılması çərçivəsində irəli sürülüb. Diplomat qeyd edib ki, bu məsələ XİN başçılarının görüşündə də müzakirə olunub, lakin ATƏT başçısının şəxsi nümayəndəsi Anjey Kaspşikin səlahiyyətindədir.

Xəbər lenti

Xəbər lenti