...

Respublikaçılar institutu Azərbaycanın siyasi liderləri üçün treninqlər keçirir

Siyasət Materials 19 Oktyabr 2006 15:49 (UTC +04:00)

ABŞ Respublikaçılar İnstitutunun Bakı ofisi Azərbaycanın siyasi partiyaları üçün treninqlərin ilk raundunu başa çatdırıb. Bu barədə Trend ə İnstitutun siyasi proqramlar üzrə direktoru Fariz İsmayılov məlumat verib.

O qeyd edib ki, treninqlərdə təxminən 6 partiyadan ("Yeni Azərbaycan", Demokratik islahatlar, Azərbaycan Xalq Cəbhəsi, "Müsavat", Azərbaycan Milli İstiqlaliyyət, "Ana Vətən" partiyaları) 70 nümayəndə iştirak edib. Treninqlərin məqsədi Azərbaycanın siyasi partiya nümayəndələrində təşkilati biliklərin, lider qabiliyyətinin artırılmasına yardım etməkdən ibarətdir.

F.İsmayılov qeyd edib ki, treninqlərin ikinci mərhələsi start götürür. Burada siyasi partiya nümayəndələri marketinq, fandrayzinq və kommunikasiya sahəsində təcrübə əldə edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti