...

Azərbaycan XİN başçısı Meksika səhiyyə nazirini qəbul edib

Siyasət Materials 19 Oktyabr 2006 19:27 (UTC +04:00)

Oktyabr 19-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın səhiyyə naziri Culio Frenki qəbul edib. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat mərkəzindən məlumat verilib.

Qonaq öz hökuməti tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizəd irəli sürüldüyünü və Azərbaycana bu seçkiqabağı kampaniya çərçivəsində səfər etdiyini nəzərə çatdırıb. Azərbaycanın səhiyyə naziri ilə görüşdüyünü və məsləhətləşmələr apardığını bildirən nazir bu seçkilərdə Azərbaycanın dəstəyinə arxalandığını bildirib.

Öz növbəsində nazir Elmar Məmmədyarov Azərbaycanın ÜST ilə əməkdaşlığa xüsusi önəm verdiyini qonağın diqqətinə çatdırıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir beynəlxalq ictimaiyyətin, o cümlədən ÜST-ın də bu problemə diqqətinin və qayğısının artırılmasının zəruriliyini vurğulayıb.

Nazir Azərbaycanın Meksika ilə əməkdaşlığa xüsusi önəm verdiyini və Mexikoda səfirliyin açılması haqda qərarın mühüm addım olduğunu bildirib və Meksika hökumətini də ölkəmizdə səfirlik açmağa səsləyib.

Xəbər lenti

Xəbər lenti