...

ATƏT PA-nın payız sessiyası noyabr ayında keçiriləcək

Siyasət Materials 20 Oktyabr 2006 13:06 (UTC +04:00)

ATƏT Parlament assambleyasının payız sessiyası noyabrın 17-19-da Maltada keçiriləcək. Trend Parlament assambleyasının məlumatına istinadən xəbər verir ki, təşkilat nümayəndələri tədbirə hazırlıq görmək üçün Maltaya yola düşüblər.

Parlament assambleyasının işi zamanı daimi komitə və Qara dəniz Forumunun görüşü olacaq.

Azərbaycan parlamentinin ATƏT-dəki nümayəndə heyətinin başçısı Bahar Muradovun əvvəl Trend ə verdiyi xəbərə görə, nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi məsələsini, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yanğınla bağlı məsələni qaldırmaq niyyətindədir.

Xatırladaq ki, ATƏT Parlament assambleyası hər ilin payızında keçirilir. Tədbirin keçirilməsində məqsəd ATƏT-in öhdəlik və dəyər məsələsi üzrə parlamentlərarası dialoqun gücləndirilməsidir.

Xəbər lenti

Xəbər lenti