...

Azərbaycanda müsəlmanların müqəddəs Ramazan bayramı qeyd olunur

Siyasət Materials 23 Oktyabr 2006 10:08 (UTC +04:00)
Azərbaycanda müsəlmanların müqəddəs Ramazan bayramı qeyd olunur

Bu gün Azərbaycanda bütün müsəlmanların müqəddəs Ramazan bayramı qeyd olunur. Bu barədə Trend xəbər verir.

Bayram ölkənin əsas məscidləri "Təzəpir" və "Əjdərbəy" məscidlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə bayram namazının qılınması ilə başlayıb.

Bu il Azərbaycanda Ramazan bayramı iki gün - oktyabrın 23 və 24-də qeyd olunur. Müvafiq qərar QMİ sədrinin təşəbbüsü ilə ölkə rəhbərliyi tərəfindən qəbul olunub.

Ramazan bayramı müsəlman təqviminin doqquzuncu ayında və oruc ayının tamamlanması münasibətilə qeyd olunur. Bu müqəddəs ayda mömin insanlara günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, digər substansiyaları daxilə qəbul etmək, həmçinin nikah münasibətlərində olmaq qadağan olunur. Lakin qaranlıq düşən zaman məhdudiyyətlər aradan qalxır. Həm də azyaşlı uşaqlar, yaşlı insanlar, ağır xəstələr, hamilə qadınlar, döyüş meydanında olan hərbçilər və səyahətdə olan şəxslər oruc tutmaqdan azaddırlar.

Xəbər lenti

Xəbər lenti