...

İlham Əliyev Türkmənistan prezidentini təbrik edib

Siyasət Materials 26 Oktyabr 2006 16:24 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Saparmurad Niyazova ölkənin Milli bayramı - Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.

"Əminəm ki, Azərbaycan və Türkmənistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafı, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi bundan sonra da xalqlarımızın maraqlarına, regionda sülh və təhlükəsizliyə xidmət edəcək", - deyə məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti