Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Çoqovadze oktyabrın 26-da axşam Bakıya gəlib. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirin səfər proqramı hələ tam dəqiqləşdirilməyib. Lakin məlumdur ki, nazir oktyabrın 28-dək Bakıda olacaq və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində və digər müəssisələrdə bir sıra birgə layihələrin reallaşdırılmasına dair danışıqlar keçiriləcək.