Bu gün Bakıda "Kredit ittifaqları - sosial və iqtisadi effektivlik" mövzusunda ikinci illik konfrans keçirilib. Trend xəbər verir ki, tədbir "USAID"in maliyyələşdirdiyi "Maliyyə sektorunun inkişafı vasitəsilə kiçik və orta sahibkarlığa dəstək" layihəsinin icraçısı -"ACDI\IOCA"nın maliyyə dəstəyi ilə Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) tərəfindən təşkil olunub.
Konfransın keçirilməsində əsas məqsəd Beynəlxalq kredit ittifaqları gününün qeyd edilməsidir. Bununla əlaqədar olaraq hökumət üzvləri, donorlar və əhali konfransda ölkənin iqtisadi və sosial həyatında kredit ittifaqlarının rolu, onların sosial və iqtisadi problemlərin həllində (regionların irkişafında, yoxsulluğun aradan qaldırılmasında, məcburi köçkünlərin azad olunmuş torpaqlara qaytarılmasında, kənd təsərrüfatında kreditləşmənin inkişafında) iştirakı ilə tvanış olunublar.
"Hələ 5-10 il bundan qabaq kreditləşmə üçün maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı çətinliklər mövcud ili, indi isə belə problemlər yoxdur", - deyə parlamentin iqtisadl siyasət üzrə komissiyasının sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, ölkənin 24 rayonunda yüksək sənaye artımı qeyd olunur ki, bu da maliyyə imkanlarının artmasına dəlalət edir. Azərbaycanda sahibkarlıq mühiti yaxşılaşır və bu gün sığorta sahəsi, bank sektoru, vergitutumu sahəsindəki qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlər sahibkarlığın inkişafına imkan yaradacaq.
"USAID" nümayəndəsi Stiv Moran hesab edir ki, maliyyə institutlarının bu sahəsinin (kredit ittifaqları) inkişafı yoxsulluğun aradan qaldırılmasına və gəlirlərin artmasına yardım edir.
Tədbirdə Nazirlər Kabineti, Milli Məclis, Milli Bank, İqtisadi İnkişaf və Maliyyə nazirlikləri, diplomatik nümayəndəliklərin nümayəndələri iştirak edəcəklər.