...

Azərbaycan prezidenti Almaniya Marşal Fondunun nümayəndə heyətini qəbul edib

Siyasət Materials 27 Oktyabr 2006 19:18 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 27-də Almaniya Marşal Fondunun nümayəndə heyətini qəbul edib. Trend in xəbər verdiyi kimi, dövlətimizin başçısı Azərbaycan və ABŞ, eləcə də Marşal Fondu ilə münasibətlərin uğurlu inkişafını xüsusi olaraq qeyd edib. O, Azərbaycanla Marşal Fondu arasında əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyini bildirib.

Fondun nümayəndə heyətinin rəhbəri Skott Klad qeyd edib ki, Azərbaycana maraq bütün dünyada artır. O əlavə edib ki, Azərbaycan və Marşal Fondu arasındakı əməkdaşlıq inkişafın yeni mərhələsinə qədəm qoyur.

Görüş zamanı həmçinin Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti