"Azərbaycanda azad mətbuatın təşviqi üçün bir çox işlər görülüb. Azərbaycanda 500-dən artıq qəzet, bir çox televiziya kanalları, radio stansiyaları fəaliyyət göstərir". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada akkreditə olunmuş bir sıra xarici ölkə KİV-nə müsahibəsində bu yaxınlarda "Sərhədsiz reportyorlar" təşkilatının dərc etdiyi reytinqlə bağlı suala cavab verərkən bəyan edib. Qeyd edək ki, Azərbaycan bu reytinqdə 134-cü mövqedə qərarlaşıb.
"Şəxsən mən bu cür reytinqlərə böyük şübhə ilə yanaşıram. Hesab edirəm ki, belə reytinqlər ölkədəki real vəziyyəti əks etdirmir, bəzən şəxsi yanaşmaya və ya istənilən digər səbəblərə əsaslanır. Səmimi deyim ki, belə reytinqlər gündəlik həyatımızda və ya Azərbaycandakı siyasi proseslərdə o qədər də əhəmiyyətli rol oynamır", - deyə İlham Əliyev bildirib.
Prezident qeyd edib ki, bununla yanaşı, vəziyyəti daha da yaxşılaşdırmaq üçün imkanlar var. Azərbaycanın müstəqillik tarixi qısadır. Yalnız 15 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Yalnız 1996-cı ilin axırı - 1997-ci ildən başlayaraq vəziyyət sabitləşdi və ölkə sürətlə inkişaf etməyə başladı.
"Ölkəmizdə söz və mətbuat azadlığıı var. İstədiyiniz qəzetdə hökumət, ayrı-ayrı insanlar barəsində xoşagəlməz, təhqiredici məqalələr görə bilərsiniz. Müxalifət qəzetlərində daha çox hücumlar edilən şəxs olmağııma baxmayaraq, prezident seçilən zaman bütün hökumət rəsmilərinə müraciət edərək, jurnalistləri onların yazdıqları yanlış məlumatlara görə məhkəməyə verməməyə çağıırdım. Hesab etdim ki, bu, ölkənin demokratik inkişafı üçün vacib addımdır. Lakin təəssüf ki, bunun müqabilində gözlədiyimiz olmadı. Jurnalistlərin bir qismi dərhal belə qərara gəldi ki, indi onlar heç bir məsuliyyət daşımadan və azərbaycanlıların mentalitetinə diqqət vermədən istədiklərini edə bilərlər. Buna görə də insanlar hər bir demokratik ölkədə olduğıu kimi, özlərini məhkəmələrdə müdafiə etməyə başladılar. Buna heç də azad mətbuata təzyiq və ya onu bağılamaq cəhdi kimi baxılmamalıdır", - deyə dövlət başçısı hesab edir.