...

Azərbaycanda maliyyə – axtarış bürosu yaradılacaq

Siyasət Materials 30 Oktyabr 2006 12:38 (UTC +04:00)
Azərbaycanda maliyyə – axtarış bürosu yaradılacaq

Azərbaycan maliyyə - axtarış bürosu yaratmaq istədiyini bildirib. Trend xəbər verir ki, bu barədə oktyabrın 30-da ABŞ-ın Azərbaycandakı səfirliyi, Avropa Şurası və Azərbaycan höküməti tərəfindən Bakıda təşkil olunmuş konfransda ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Kevin Selvis bəyan edib.

O qeyd edib ki, bugünkü görüş - müvafiq təşkilatların bu sahədə əməkdaşlığın haşiyəsini müəyyən etmək cəhdidir. Azərbaycan pulların yuyulması, terrorun maliyyələşdirilməsi və digər maliyyə cinayətləri ilə mübarizə sahəsində müvafiq qanunvericiliyi qəbul etmək niyyətindədir. K.Selvis bildirib ki, bu, Azərbaycanın terrorla mübarizə sahəsində işləmək arzusunu nümayiş etdirir.

Konfransda çıxış edən Avropa Şurasının nümayəndəsi Ardita Abdiu qeyd edib ki, həmin təşkilat bir çox illər bu sahədə Azərbaycanla əməkdaşlıq edir, lakin bu cür konfrans ilk dəfə keçirilir. O qeyd edib ki, AŞ Azərbaycanda monitorinq keçirib və bu ilin yayında son iki il ərzində korrupsiya ilə mübarizə sahəsində hesabat dərc olunub. Hesabat göstərdi ki, çox işlər görülüb, lakin hələ də həll edilməmiş proqnozlar qalıb, pulların yuyulması ilə mübarizə sahəsində müvafiq qanunvericilik aktlarının qəbul olunmasına ehtiyac var.

Sloveniya eksperti Klaudio Stroliqo konfrans iştirakçılarına dünyada mövcud olan maliyyə-axtarış bürosunun modelləri barədə məlumat verib. O bildirib ki, belə strukturun bir neçə modeli var - inzibati, polis tərəfindən nəzarət və məhkəmə-prokuror əməkdaşlığı. Ekspert əlavə edib ki, Avropa Birliyinin 25 üzv-ölkəsindən 11-də inzibati model, 11-də - polis nəzarətindən istifadə olunur və 3-də hibrid modelə üstünlük verilir (ədliyyə və polis). K.Stroliqo konfrans iştirakçılarına Azərbaycanda büro yaradılması imkanları üzrə 30 məsləhət təqdim edib.

Xəbər lenti

Xəbər lenti