...

"İrəli" oktyabrın 31-də "3 il – uğur, inkişaf, tərəqqi" devizi altında tədbir keçirəcək

Siyasət Materials 30 Oktyabr 2006 15:09 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı (ÜGH) oktyabrın 31-də Bakı İdman Sarayında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin prezidentliyinin 3 illiyi münasibətilə "3 il - uğur, inkişaf, tərəqqi" devizi altında tədbir keçirəcək. Bu barədə Trend ə adıçəkilən hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı bildirib.

Tədbirdə fəal gənclərin çıxışları, "İrəli" UGH tərəfindən çap edilən və "Prezidenti niyə dəstəkləyirik?" adlanın kitabçanın paylanması, Azərbaycanın incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı nəzərdə tutulub.

Tədbirdə 2500 gənc iştirak edəcək. "İrəli" Ümumrespublika Gənclər Hərəkatı 2005-ci ildə yaradılıb. Minə yaxın gənci öz sıralarında birləşdirən hərəkatın nəzdində 7 departament fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti