Azərbaycan-Avstriya birgə iqtisadi komissiyasının növbəti, yəni dördüncü görüşü Bakıda keçiriləcək. Azərbaycanın Avstriyadakı səfirliyindən Trend ə verilən məlumata görə, görüş 29-30 noyabr tarixlərində keçiriləcək.
Görüşdə əsas mövzu Azərbaycan və Avstriya arasında iqtisadi əməkdaşlığın hazırkı statusu və onun perspektivləri ilə bağlı olacaq.
Səfirlikdən o da qeyd olunub ki, hazırda komissiyanın iş gündəliyi razılaşdırılır.