"Azadlıq" qəzeti redaksiyası ilə birgə Xaqani küçəsi, 33 ünvanda yerləşən qurumların nümayəndələri aclıq aksiyasına başlayıb. Bu barədə Trend ə "Azadlıq" qəzeti redaksiyasından bildiriblər.
Qeyd edək ki, aksiya Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin həmin ünvanda yerləşən qurumların binadan çıxarılmasına etiraz əlaməti olaraq keçirilir. Aksiyada "Azadlıq" siyasi blokunun üzvləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının iki müavini, sədrin müşaviri, Liberal Partiyası sədrinin əvəzi, Demokrat Partiyasının nümayəndəsi və Vətəndaş və İnkişaf Partiyasının nümayəndəsi iştirak edir. Aksiya AXCP-nin təşəbbüsü ilə keçirilir.
Onu da bildirək ki, həmi n ünvanda "Azadlıq" qəzeti ilə yanaşı "Bizim yol" qəzetinin redaksiyası, "Turan" İnformasiya Agentliyi, Reportyorların Azadlığı və Təhşlükəsizliyi İnstitutu, AXCP-nin qərargahı, Səbail Rayon Polis İdarəsinin sahə müvəkkilinin ofisi yerləşir.