...

Fəzail İbrahmli: "Prezidentin imzaladığı əvf fərmanları ilə Azərbaycanda siyasi məhbus məsələsinə son qoyulub"

Siyasət Materials 30 Oktyabr 2006 17:02 (UTC +04:00)

Prezidentin imzaladığı əvf fərmanları ilə Azərbaycanda siyasi məhbus məsələsinə son qoyulub. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Fəzail İbrahimli qurumun Azərbaycan üzrə həmməruzəçi A.Herkelin siyasi məhbuslarla bağlı məruzəçinin zəruriliyi barədə söylədiklərinə münasibət bildirərkən qeyd edib.

Millət vəkili qeyd edib ki, Azərbaycan üzrə həmməruzəçilər iqtisadi, siyasi, mənəvi, demokratik durum ilə bağlı olan bütün məsələlərə, o, cümlədən də siyasi məhbus məsələsinə münasibət bildirib: "Mən arzu edərdim ki, həmməruzəçilər hazırlayacaqları məruzələrində reallığı əks etdirsin. Hər şeyi qara və yaxud da ağ rəngdə yox, hər şeyi necə varsa, elə görsünlər".

F.İbrahimli onu da bildirib ki, Azərbaycanda siyasi məhbus məsələsi qapanıb: "Prezidentin imzaladığı əvf fərmanları ilə Azərbaycanda siyasi məhbus məsələsinə son qoyulub. Ancaq burada məsələyə iki müstəvidə yanaşmaq olar. Birinci, xüsusi QHT-lər fəaliyyət göstərir ki, onlar üçün Azərbaycanın demokratiyası, hüquqiliyi maraqlı deyil. Onlar alverçi mövqedə durub ayrı-ayrı adamlardan pul alıb məhkum olunanları siyasi məhbus kimi siyahılara daxil edirlər. Ermənilərlə əlaqəsi olanlar da var".

Xəbər lenti

Xəbər lenti