Trend in xəbər verdiyi kimi, oktyabrın 31-də Azərbaycan prezidenti İlham Əliyev yenidən qurulmuş Gəncə-Daşkəsən-Xoşbulaq yolunun açılış mərasimində iştirak edib.
Mərasimdə 47 km uzunluğa malik yolun çəkilməsi layihəsi barədə dövlət başçısına məlumat verilib. Yol iki hissəyə bölünüb- Gəncə-Daşkəsən (36 km) və Daşkəsən-Xoşbulaq (11 km). Üzərində 10 körpünün tikildiyi yol üçüncü dərəcəlidir.
Yenidənqurma layihəsinin ümumi dəyəri 21,3 mln AZN təşkil edir. Bunun 10,2 mln AZN-i artıq xərclənib.